İspaniyada 62 nəfər daşqın qurbanı OLDU

İspaniyanın cənub-şərqində yerləşən Valensiya vilayətində güclü yağışlar daşqınlara səbəb olub.

Viral.az “Deutsche Welle” portalına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində azı 62 nəfər həlak olub. 

Daşqın səbəbindən yolları su basıb, bir neçə bölgə ilə əlaqə kəsilib. Bununla yanaşı, elektrik enerjisi və rabitə verilişində problemlər yaranıb. 

Son Yazılar:

Bununla yanaşı, əlverişsiz hava şəraiti səbəbindən Malaqada içərisində 300 sərnişin olan sürət qatarı relsdən çıxıb. Hadisə zamanı xəsarət alan olmasa da, Valensiya və Madrid arasında sürət qatarlarının hərəkəti dayandırılıb. 

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. 

Meteoroloqların proznoqlarına əsasən, əlverişsiz hava şəraiti oktyabrın 31-nə qədər davam edəcək.