İspaniya Milli Meteorologiya Xidməti güclü yağışların qeydə alındığı region üçün “qırmızı” – ən yüksək hava xəbərdarlığı elan edib.
Viral.az xəbər verir ki, bu barədə “El Mundo” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, yağışlar azı cümə axşamına kimi davam edəcək.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Səlahiyyətlilərin məlumatına görə, Valensiya və Kastiliya La Mança güclü yağışların yaratdığı daşqınlardan ən çox zərər çəkən bölgələrdir.
Valensiya əyalətinin müxtəlif şəhərlərində 62 meyit tapıldığı, 1 nəfərin itkin düşdüyü bəllidir. Kastiliya La Mançada isə 2 meyit tapılıb, 5 nəfər isə axtarılır.
EFE xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes onlarla şəhərin su altında qaldığını bildirib və əhali üçün təhlükənin hələ keçmədiyi barədə xəbərdarlıq edib.
Yerli KİV-in məlumatına görə, Valensiyada daha əvvəl 400-ə yaxın insan təxliyə edilib, oktyabrın 30-da məktəblərdə dərslər, eləcə də bu tarixə təyin olunan idman tədbirləri ləğv edilib, parklar bağlanıb.