İsrail hərbçiləri Livanın Nəbatiya şəhəri yaxınlığındakı hava hücumları zamanı “Hizbullah”ın elit bölməsi olan “Əl-Hacı Radvan Qüvvələri”nin komandir müavini Mustafa Əhməd Şahadinin öldürüldüyünü açıqlayıb.
Viral.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri teleqram kanalında məlumat yayıb.
Məlumata görə, Şahadi dəfələrlə İsrailə qarşı hücumlara rəhbərlik edib. 2012-2017-ci illərdə o, Suriyada “Əl-Hacı Radvan Qüvvələri” bölməsinin hərbi əməliyyatlarına cavabdeh olub.
Son Yazılar:
- Trampa qarşı 4 cinayət işi var: müzakirə başladı
- Bayden Trampı təbrik etmək NİYYƏTİNDƏDİR
- Makron Trampla 25 dəqiqə danışdı, RAZILAŞDI
Qeyd olunub ki, Şahadinin öldürülməsi “Əl-Hacı Radvan Qüvvələri”nin imkanlarının zəiflədilməsi istiqamətində növbəti addımdır.