Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Viral.az xəbər verir ki, mərhələnin son oyununda “Qəbələ” doğma meydanda “Baku Sportinq”lə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan matçda meydan sahibləri 4:0 hesablı qələbəyə sevinib.
Son Yazılar:
- “Veteranlara verilən pul artırılmalıdır” – Millət vəkili TƏKLİF ETDİ
- “Sizə qulaq asdıqca adamı dəhşət bürüyür”
- BDU-nun müəllimi vəfat etdi – FOTO
Bu qələbə sayəsində Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv 1/8 finalda “Qarabağ”ın rəqibi olub.
Raundun əvvəlki oyunlarında “Turan Tovuz” “Hypers Guba”nı (7:2), MOİK “Şimal”ı (3:1), “Araz-Naxçıvan” “Şahdağ Qusar”ı (4:0), “Kəpəz” “Ağdaş”ı (6:0), “Səbail” “Dinamo”nu (6:0), “Qaradağ Lökbatan” “Karvan”ı (3:0), “Mingəçevir” “Zaqatala”nı (1:0), “Difai” “Şəfa”nı (3:2), “Şamaxı” isə “Şəmkir”i (6:1) məğlub edib. 1/8 final qarşılaşmaları dekabrın 3-4-də keçiriləcək.