Birinci Qarabağ müharibəsində itkin düşən, 32 il sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Babayev Ələkbər Əzizağa oğlunun qalıqları dəfn olunub.
Viral.az apa.az-a istinadla xəbər verir ki, şəhidin qalıqları Sabunçu rayonu, Maştağa qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılıb.