Beyləqan rayonundakı “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsmət Medal oğlu Piriyevin meyitinin qalıqları Göyçay rayonunun Çərəkə kəndinə gətirilib.
Viral.az report.az-a istinadla xəbər verir ki, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Son Yazılar:
- Azərbaycanda bu şəxslər yüksək vəzifələrini itirdilər – ADLAR
- Məşhur müğənni 18 yaşındakı fotosunu paylaşdı – İzləyicilər böyük maraqla qarşıladı
- Növbəti il fantastik olacaq – Orban
Qeyd edək ki, İsmət Medal oğlu Piriyev 1975-ci il yanvarın 8-də Göyçay rayonunun Çərəkə kəndində anadan olub. O, 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.
İ.Piriyev Çərəkə kənd Şəhidlər Xiyabanında dəfn olunacaq.