Xəbər verdiyimiz kimi, vitse-spiker Rafael Hüseynov Milli Məclisdə Qanunvericilik dili və hüquq terminologiyası adlı şöbə yaradılmasını təklif edib.
Viral.az xəbər verir ki, o, bunu Milli Məclisin bu gün keçirilən iclasında təkliflə çıxış edib.
“Təklifim odur ki, hüquq şöbəsi yaradılsın, hüquqşünaslar və dilçilər bir yerdə belə sözləri sadələşdirsinlər. Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”, – deyə o əlavə edib.
Son Yazılar:
- “Temu”dan şikayətlər ARTIR: Aldanmamaq üçünnələrə diqqət etməliyik?
- Azərbaycanda bu şəxslər yüksək vəzifələrini itirdilər – ADLAR
- Məşhur müğənni 18 yaşındakı fotosunu paylaşdı – İzləyicilər böyük maraqla qarşıladı
Milli Məclisin sədri Sahibə Qafarova da müavininin sözləri ilə razılaşdığını qeyd edib: “Qanun layihələri bizə gəlməmişdən əvvəl linqvistik ekspertizadan keçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Razıyam, hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır”.
Millət vəkili Erkin Qədirli də müzakirəyə qoşulmaq üçün söz istəyib və bildirib ki, müzakirədə o da öz töhfəsini vermək istəyir.
Lakin Sahibə Qafarova buna etiraz edərək, burada qanun layihəsinin müzakirə edildiyini söyləyib: “Burada qanun layihəsi müzakirə olunur, maraqlı söhbət getmir. Maraqlı söhbət istəyirsinizsə, iclasdan sonra bir stəkan çay için və dəyirmi masa ətrafında birləşib müzakirə aparın”.