“Atəşgah məbədi” abidəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlərə başlanılıb.
Viral.az xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
Bu məqsədilə nominasiya sənədi hazırlanacaq.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Qeyd edək ki, hazırda “Atəşgah məbədi” UNESCO-nun müvvəqəti siyahısındadır. Ümumilikdə Azərbaycandan UNESCO-nun Ümumdünya İrs Siyahısında 5 obyekt, müvəqqəti siyahısında isə 10 obyekt var.
“Atəşgah məbədi” Abşeron yarımadasında, Suraxanı rayonunun, Suraxanı kəndi yaxınlığında yerləşir. Məbəd müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilib. “Alov evi” və ya “Alov yeri” anlamı verən bu məbəd XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilib.
Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Hər il muzeyi orta hesabla 145 min nəfər ziyarət edir.
1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilib.