İki gündür ki, Baqrataşen keçid məntəqəsi vasitəsilə Rusiyadan Ermənistana 1000-dən çox donuzun gətirilməsinə icazə verilmir. Hökumət bunu donuzların xəstə olması ehtimalı və yoxlanılması ilə izah edib. İdxalçılar isə əmindirlər ki, hakimiyyət Rusiyadan Ermənistana donuz əti idxalının qarşısını almaq üçün hər şeyi edir.
Viral.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Bildirilib ki, hələ avqust ayında İqtisadiyyat Nazirliyinin Rusiyadan Ermənistana donuz əti idxalının altı ay müddətinə dayandırılacağı haqda məlumat yayılmışdı:
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
“Ermənistanın iqtisadiyyatına təsir edəcək, Rusiya tərəfinin qəzəbinə səbəb olacaq və təbii ki, yerli ətin qiymətinin artmasına təkan verəcək bu qadağa hakimiyyətə bağlı olan yerli ət istehsalı şirkətlərinin xeyrinə ola bilər. Bizimlə əlaqə saxlayan şirkətlər deyirlər ki, Rusiyadan gələn qeyri-sağlam heyvanların Baqrataşenə çatması mümkün deyil, çünki gürcü tərəfi hərtərəfli yoxlamalar aparır və əgər heyvan Gürcüstandan keçibsə, o zaman əmin ola bilərsiniz ki, heç bir problem ola bilməz. Bu, Rusiyaya qarşı növbəti təxribatdır.
Onların fikrincə, Ermənistan tərəfi Rusiyadan xəstə donuzların gəldiyini israr etsə, Rusiya kənd təsərrüfatı məhsullarının ixracını 3 il müddətinə dayandıracaq ki, bu da ciddi iqtisadi problemlərə gətirib çıxaracaq. Donuz əti idxal edən şirkətlər deyirlər ki, hakimiyyət kvota tətbiq etmək istəyir, bu isə Rusiya ilə münasibətlərdə ciddi problemlər yarada, Rusiya tərəfi, məsələn, yayda erməni əriklərinin ölkəyə girişini dayandıra bilər. Bu, mahiyyətcə Ermənistanın Rusiyaya iqtisadi müharibə elan etməsi deməkdir. Rusiya dövlət laboratoriyalarına etibar etməmək iqtisadi problemlər yarada bilər”.
Hökumətdən verilən məlumatda isə donuzların yoxlanıldığı və xəstə olmayacağı halda ölkəyə buraxılacağı vəd edilib.