Livanda əməliyyat keçirən İsrail xüsusi təyinatlıları Hizbullahla əlaqədə şübhəli bilinən İmad Amhaz adlı şəxsi saxlayıb.
Viral.az xəbər verir ki, bu barədə məlumatı Livan mediası yayıb.
Qeyd olunub ki, əməliyyat Batrun şəhərində, güclü mühafizə olunan ərazidə baş tutub.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Qeyd edək ki, daha əvvəl İ.Amhazın Hizbullahda yüksək vəzifə tutduğu və hərbi strukturlarla əlaqəsi olduğu bildirilirdi. Lakin sonradan məlum olub ki, o, əslində kommersiya gəmilərində çalışan kapitan imiş. Buna baxmayaraq, yerli mənbələr onun silah qaçaqmalçılığında iştirak edə biləcəyini və silahların dəniz yolu ilə Hizbullaha çatdırıldığını iddia edir. Məhz bu, onun qaçırılmasının səbəbi ola bilər.