Ukrayna Belçikanın “Thales” şirkəti ilə hava hücumundan müdafiə sistemləri üçün raketlərin birgə istehsalına dair memorandum imzalayıb.
Viral.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri German Smetanin özünün teleqram kanalında bildirib.
“Thales Belgium” Ukrayna müdafiə şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu saziş düşmən PUA-larına qarşı birgə raketlərin istehsalını nəzərdə tutur”, – nazir deyib.
Son Yazılar:
- Rusiyanın ən güclü hücumlarından biri ilə üz-üzəyik
- Bilal Əliyev avtobusda sıxlığa düşdü – VİDEO
- İsrail xüsusi təyinatlıları “Hizbullah” üzvünü OĞURLADI
Bundan əlavə, Smetanin əlavə edib ki, gələcəkdə bu əməkdaşlığın belə raketlər üçün texnologiya və komponentlərin ötürülməsinə qədər genişlənəcəyi gözlənilir.
“Bu əməkdaşlıq Ukraynanın hərbi-sənaye kompleksini və kritik infrastrukturun düşmən PUA-larından qorunmasını gücləndirəcək”, – Smetanin qeyd edib.