ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris eks-prezident, respublikaçı Donald Trampı seçki reytinqində üç faiz bəndi ilə qabaqlayır.
Viral.az xəbər verir ki, bunu “YouGov” sosioloji xidməti tərəfindən keçirilən sorğunun nəticələri sübut edir.
Nəticələrə görə, Harris respondentlərin 50 %-nin, Tramp isə 47 %-nin dəstəyini alıb.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
“YouGov”un bundan əvvəlki 16 oktyabr sorğusunda Harrisin 250, Trampın isə 219 səs topladığı deyilirdi.
“YouGov” Nevada, Arizona, Viskonsin, Pensilvaniya, Şimali Karolina və Corciyanı “yelləncək” ştatlar adlandırıb. Harris Nevada, Viskonsin, Pensilvaniya və Şimali Karolinada, Tramp isə qalan ştatlarda populyardır.
Sorğu 25-31 oktyabr tarixlərində ABŞ-nin 57 784 seçici arasında aparılıb. “The Hill” və “Decision Desk” seçki monitorinq saytı tərəfindən 324 sorğu əsasında aparılan təhlillərdə Harris Trampı cəmi 0,3 % (48,3 %-ə qarşı 48 %) qabaqlayır.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 5 noyabrda keçiriləcək. Florida Universitetinin məlumatına görə, artıq 70 milyondan çox insan erkən səsvermədə iştirak edib.