Şavkat Mirziyoyevin Türkiyəyə səfər proqramı açıqlandı

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türkiyəyə rəsmi səfərinin proqramı açıqlanıb.

 

Viral.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Son Yazılar:

 

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Prezident iqamətgahında rəsmi qarşıladıqdan sonra ikitərəfəli görüş keçiriləcək. Bundan sonra Türkiyə-Özbəkistan Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü Toplantısı baş tutacaq. Bunun ardınca iki dövlət arasında müqavilələrin imzalanması, Ərdoğanla Mİrziyoyevin birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.

 

Qeyd edək ki, iyunun 5-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev xanımı ilə birlikdə Türkiyəyə rəsmi səfər edib.