Trampın silah lisenziyası ləğv edilir

Nyu-York Polis Departamenti ABŞ-ın keçmiş prezidenti Donald Trampın silah lisenziyasını ləğv etməyə hazırlaşır.

 

Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Son Yazılar:

 

Qeyd edilib ki, lisenziya hələ 2023-cü ilin aprelində Trampa qarşı cinayət işi açıldıqdan sonra dayandırılıb. Üç silahdan ikisi polisə təhvil verilib, üçüncüsü isə qanuni olaraq Floridaya aparılıb.

 

Xatırladaq ki, məhkum edilmiş şəxsin odlu silaha sahib olması federal cinayətdir.