ABŞ Aerokosmik Agentliyi NASA “Hubble” teleskopunun vəziyyəti ilə bağlı mətbuat konfransı keçirib.
Viral.az xəbər verir ki, NASA mühəndisləri teleskopun ümumi vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Lakin, 1990-cı ildə orbitə buraxılan qurğunun fəaliyyətində müəyyən nasazlıqlar mövcuddur. Teleskopun 6 giroskopundan dördü sıradan çıxıb. Sözügedən detalları astronavtlar 2009-cu ildə yeniləmişdilər. Yeni missiya göndərilməsi isə nəzərdə tutulmur.
Son Yazılar:
- Hava limanına gedənlərin nəzərinə: Qadağalar qüvvəyə MİNİR
- İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində 5 fələstinli həlak OLDU
- Küçə itləri qadını PARÇALADI
Bu səbəbdən astronomik müşahidələrin sayı azaldılacaq. Teleskop artıq Ay, Mars və Venera kimi yaxın səma cisimlərini izləyə bilməyəcək. Ulduzların izlənməsi isə aşağı templə də olsa davam edəcək.
NASA mütəxəssislərinin proqnozuna görə, teleskopun 2023-ci ilədək işləmək ehtimalı 70%-dən azdır. Onu əvəz edəcək LUVOIR isə ən yaxşı halda 2039-cu ildə orbitə qaldırılacaq.
2022-ci ildə teleskop Yerdən 13,5 milyard işıq ili məsafədə yerləşən Qalaktikanı aşkar edib. Hazırda “Hubble” Yerdən təxminən 500 kilometr hündürlükdə geostasionar orbitdə fəaliyyət göstərir.