Rusiyanın Kemerovo bölgəsində iki tramvay toqquşub.
Viral.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tramvay kəskin döngədə əyləc edə bilməyib və bu zaman iki sərnişin tramvaydan yerə düşüb.
Son Yazılar:
- Bərxudarovun yerinə təyin edilən general KİMDİR?
- Taksi sürücüləri imtahan VERDİ
- İsrailin bu şəhəri raket atəşinə TUTULDU
Daha sonra nəqliyyat vasitəsi dayanacaqda duran tramvaya çırpılıb. Qəza nəticəsində 90-dan çox insan xəsarət alıb, onlardan 7-si uşaqdır. Son məlumatlara görə, qəza zamanı bir nəfər ölüb.
İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açıb.