Fransa prezidenti Emmanuel Makron İsveçrədə Ukrayna üzrə sülh konfransında iştirak edəcək.
Viral.az xəbər verir ki, bu barədə Frans-Press agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Yelisey sarayı Fransanın Ukraynaya “siyasi və diplomatik baxımdan” dəstəyini genişləndirməyi planlaşdırdığını təsdiqləyib.
Son Yazılar:
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
- Sertifikasiyadan ən çox onlar uğur QAZANDI
Sülh sammiti gələn həftəsonu, 15-16 iyun tarixlərində baş tutacaq.
ABŞ bu sammitdə iştirakını prezident Bayden səviyyəsində deyil, vitse-prezident Kamala Harris və milli təhlükəsizlik müşaviri Cek Sallivan səviyyəsində təsdiqləyib.
Çin isə Ukrayna prezidenti Vladimir Zelenskinin təklifini rədd edib.
Dünən də bəzi MDB ölkələri liderlərinin Ukrayna prezidentinin dəvətini rədd etməsi ilə bağlı məlumatlar yayılıb.