Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində intihar hadisəsi baş verib.
Viral.az xəbər verir ki, dünən saat 08 radələrində Kamallı kənd sakini Faiq Həsənova məxsus fermada çoban işləyən Bakı sakini 1977-ci il təvəllüdlü Nikolay Mixayiloviç Lanşov özünü güllələyib.
O, baş nahiyəsinə tüfəngdən atəş açaraq həyatına son qoyub.
Son Yazılar:
- Qaz limitində DƏYİŞİKLİK OLACAQ? – Vacib məlumat verildi
- Azərbaycanın Xalq artisti vəfat ETDİ – FOTO
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
Hadisə yerindən F.Həsənova məxsus müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır (qafqazinfo).