Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gəlmək üçün tələb olunan 270 seçici səsi həddini keçib.
Viral.az xəbər verir ki, bu barədə məlumatı öz hesablamalarına əsasən bir neçə ABŞ mediası yayıb.
Belə ki, “Fox News” telekanalının məlumatına görə, Tramp 277 seçicinin dəstəyini toplayıb.
Son Yazılar:
- Qaz limitində DƏYİŞİKLİK OLACAQ? – Vacib məlumat verildi
- Azərbaycanın Xalq artisti vəfat ETDİ – FOTO
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
“The Hill” nəşri də Trampın 270 seçici səsi həddini keçdiyini yazıb.
Xatırladaq ki, hazırda ABŞ-də prezident seçkiləri davam edir. Prezident postu uğrunda Demokratların nümayəndəsi Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi Donald Tramp mübarizə aparır. İlkin qiymətləndirmələrə görə, Tramp hazırda Harrisi üstələyir.