Cəlilabadda faciə: 2 ölü, 9 yaralı

Bu gün saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 9 nəfər (8 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

 

Bu barədə Viral.az-a TƏBİB-dən məlumat verilib.

 

Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

 

Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

 

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

 

***

11:36

İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

 

Viral.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

 

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma aparılır.

 

***

11:22

Cəlilabadda dəhşətli yol qəzası baş verib.

 

Viral.az “Azərtaca”a istinadən xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, yaralılar var.

 

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

 

Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.