Danimarkada “Yurdumun gözəlliyi həzin musiqilərdə” adlı tədbir keçirilib

Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Danimarka-Azərbaycan Gənclər Cəmiyyəti”nin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gənc azərbaycanlı pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi Ayan Məmmədlinin “Yurdumun gözəlliyi həzzin musiqilərdə” adlı layihəsinin təqdimatı və solo konserti keçirilib. Tədbir “Yaşıl dünya naminə həmrəylik ili”  çərçivəsində COP29 münasibətilə təşkil edilib.

 

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra tədbirin təşkilatçısı, “Danimarka-Azərbaycan Gənclər Cəmiyyəti”nin sədri Kərim Elhan giriş sözü ilə çıxış edib. O, ölkəmizin 2024-cü ilin noyabrında keçiriləcək COP29-a ev sahibliyi etməsinin sevindirici hal olduğun vurğulayıb. Cəmiyyətin sədri tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Son Yazılar:

 

Ayan Məmmədli danimarkalı tamaşaçılara layihə haqqında məlumat verdikdən sonra Azərbaycanın muğamlarını, xalq mahnılarını, Qara Qarayevin, Cövdət Hacıyevin, Vaqif Mustafazadənin, həmçinin bəzi Avropa bəstəkarlarının əsərlərini ifa edib.

 

Konsertdə Beynəlxalq Sülh Federasiyasının Danimarka nümayəndəliyinin sədri Karsten Nielsen, həmsədrlər Nabuhiro İgarashi və Torkil, türk sənət musiqisi ifaçısı Zeki Sadık, “Kulturviften” Mərkəzinin direktoru Enes Fatih Doğan və Mərkəzin direktor müavini, “Danimarka  Qadınlar Cəmiyyəti”nin üzvü, sülh səfiri, musiqiçi Kəmalə Hüseynova iştirak ediblər.

 

Konsertin sonunda Karsten Nielsen çıxış edərək ürək sözlərini çatdırıb, tədbir təşkilatçılarına, Ayan Məmmədliyə Federasiya adından təşəkkürünü bildirib. O, ölkələr arasında daim sıx əməkdaşlığın, dostluq körpülərinin yaradılması və münasibətlərin gücləndirilməsində mədəniyyətin və musiqinin böyük rolu olduğunu qeyd edib.

 

Gənc pianoçu Ayan Məmmədli təşkil olunan konsertdə fəal və uğurlu iştirakına görə təşkilatçılar tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.