Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 11-12-də İsveçdə işgüzar səfərdə olacaq.
Viral.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
Xarici işlər naziri Mirzoyan İsveçin xarici işlər naziri Maria Malmer Stenergard ilə görüşəcək.
Son Yazılar:
- Tez-tez peyvənd olunmağın ziyanı AÇIQLANDI
- Qadın çantasında olan 6 toksiki zəhərli ƏŞYALAR
- Revmatizm nədir? – Orqanizmə fəsadları
İcra və qanunvericilik dairələrinin digər yüksək vəzifəli şəxsləri ilə də ikitərəfli görüşlər nəzərdə tutulub.
“Ermənistan İsveçlə həm ikitərəfli gündəmdə, həm də müxtəlif formatlarda, o cümlədən Aİ çərçivəsində siyasi dialoqun və tərəfdaşlığın daha da genişləndirilməsində maraqlıdır”, – deyə xarici işlər naziri Ararat Mirzoyan bildirib.