BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının gündəliyi təsdiq edilib.
Viral.az xəbər verir ki, bu barədə qərarı COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfransın açılışından sonra keçirilən plenar iclasda açıqlayıb.
Gündəliyin hər bir məsələsi üzrə ayrıca səsvermə keçirilib.
Son Yazılar:
- Tez-tez peyvənd olunmağın ziyanı AÇIQLANDI
- Qadın çantasında olan 6 toksiki zəhərli ƏŞYALAR
- Revmatizm nədir? – Orqanizmə fəsadları
Əvvəlcə M.Babayev gündəliyi təqdim etdi.
“Burada gedən bütün müzakirələr barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik. Əldə olunan bütün razılaşmalar gündəlik mətbuatda işıqlandırılacaq. Gündəliyə 15-ci məsələnin müzakirəsi daxildir”, – deyə o bildirib.
Daha sonra UNFCCC İcraiyyə Komitəsinə və Kioto Protokoluna üzv olmaq üçün namizədlər irəli sürülüb. M.Babayev Kioto Protokolu və Paris İqlim Sazişinin İcraiyyə Komitəsinə seçkilərlə bağlı məsləhətləşmələrin noyabrın 16-dək başa çatdırılmasını təklif edib.
Birinci gün, həmçinin Tərəflərin Konfransındakı nümayəndələr, UNFCCC üzvü olmayan, lakin Konvensiyanın işində iştirak etməyə dəvət olunmuş qeyri-hökumət təşkilatları haqqında qərarlar qəbul edilib.