Ermənistanın Tavuş rayonunun Voskepar kəndindəki kilsənin yaxınlığında minanın partlaması nəticəsində erməni sərhədçi yaralanıb.
Viral.az xəbər verir ki, bu barədə Tavuşdan olan jurnalist Oskan Sarkisyan məlumat yayıb.
“Bir müddət əvvəl Voskeparın 7-ci əsrə aid Surb Astvastatsin kilsəsi yaxınlığında piyada əleyhinə minanın partlaması nəticəsində bir sərhədçi əsgər yaralanıb, ayağı qopub”, – deyə o yazıb.
Son Yazılar:
- Daha bir azərbaycanlı müharibədə həlak oldu
- “Formula 1″də komandaların sayı ARTACAQ
- Polkovnikin oğlu ev dustaqlığına BURAXILDI
Jurnalist bəzi detalları da təqdim edib. O bildirib ki, yaralanan həbçi MTN sərhəd qoşunlarının əsgəri, 2000-ci il təvəllüdlüdür.
“Əslən Aşotskdan olan hərbçi hazırda Noyemberyan tibb mərkəzində müalicə alır”.
Qeyd edək ki, hadisənin baş verdiyi Voskepar kəndi Azərbaycanın Qazax rayonu ilə sərhəddə yerləşir. Kənddə delimitasiya işləri yenicə başa çatıb.