Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və kimliyi müəyyənləşdirilən Abbasov Ədalət Vilayət oğlunun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib.
Viral.az xəbər verir ki, şəhid Abbasov Ədalət Vilayət oğlunun nəşi Daşkəsəndə izdihamla qarşılanaraq, ailəsinin yaşadığı Xoşbulaq kəndinə aparılıb. Şəhidin ailəsinin yaşadığı evdə cənazə namazı qılınıb, dualar oxunub.
Son Yazılar:
- “Boyunu yerə soxduqlarım yanıma gəlmir!” – Meyxanaçı Xəyyam OD PÜSKÜRDÜ
- Türkiyə klubunun baş məşqçisi ÖLDÜRÜLDÜ
- “Nəslimizin belini qırırsan” – Əməkdar artist
Sonra şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidin vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və rayon sakinləri iştirak ediblər.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Qeyd edək ki, şəhid Abbasov Ədalət Vilayət oğlu 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı. Onun Tərtərin Şəhidlər xiyabanında torpağa tapşırıldığı müəyyənləşib və nəşinin qalıqları ekshumasiya olunub.