APA-nın 20 illik YUBİLEYİDİR

“Azəri-Press” Agentliyinin (APA) yaranmasından 20 il keçir.

Viral.az xəbər verir ki, agentlik Azərbaycan, rus, ingilis, fars və fransız dillərində xəbər xidməti göstərir.

İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.

Son Yazılar:

Qeyd edək ki, APA-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi fəaliyyət göstərir. “APA-Economics”in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır.

Həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!