Ukrayna müharibəsi bu şəkildə bitəcək: Pentaqon rəhbəri AÇIQLADI

“Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq”.

Viral.az xəbər verir ki, bu fikri ABŞ-ın müdafiə naziri Lloyd Ostin Avstraliyanın Darvin şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

Pentaqon rəhbəri avstraliyalı və yaponiyalı həmkarları ilə görüşündən sonra deyib: “Mən inanıram və bunu əvvəllər də demişəm ki, son nəticədə danışıqlar yolu ilə həll olunacaq”.

Son Yazılar:

Ostin əlavə edib ki, Kiyevi dəstəkləyən tərəfdaşlar indi əmin olmaq istəyirlər ki, gələcəkdə münaqişənin nəticəsi nə olursa olsun, Ukrayna öz maraqlarını qorumaq üçün ən yaxşı vəziyyətdədir.