İyunun 6-da Minskdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Viral.az-a bildirilib ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenkonun sədrliyi ilə keçirilən iclasda iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.
Son Yazılar:
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
- “Kilolu olanda mənə “inək” yazanlar indi…”
İclasda tərəflər Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildiriblər.
İki ölkə prezidentlərinin fəal siyasi dialoqu, sıx təmasları və birgə səyləri nəticəsində ikitərəfli əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub.
Bununla əlaqədar olaraq, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana son dövlət səfərinin əhəmiyyəti qeyd edilib.
İclasda tərəflər ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələləri müzakirə ediblər. Azərbaycanın azad edilmiş ərazilərində iqtisadi-ticari, investisiya, sənaye və aqrar sahələrdə, eləcə də təhsil və birgə fəaliyyət istiqamətlərində dövlət başçılarının razılaşma və tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib.
Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksi üzrə konstruktiv dialoqu davam etdirməyə hazırlıq ifadə ediblər.
İclasın yekunlarına əsasən, Əli Əhmədov və İqor Petrişenko Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının protokolunu, habelə iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə 2024-2025-ci illər üçün yenilənmiş yol xəritəsini imzalayıblar.