Lif, maqnezium və kaliumla zəngin olan xurma bir çox insanın sevimli qəlyanaltısıdır.
Ancaq ekspertlər xurmanı yeməyin xüsusi yolunu təklif edirlər. Belə ki, xurmanı ən az özü qədər faydalı olan limonla yemək məsləhət görülür. Bunun üçün xurma yeyərkən üzərinə bir neçə damcı limon şirəsi sıxmaq tövsiyə edilir.
Bəs bunun orqanizmə hansı faydaları var?
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Viral.az medicina-ya istinadən birgə yeyildikdə xurma ilə limonun orqanizmə təsirlərini təqdim edir:
– Mütəxəssislər bildirirlər ki, bu üsul hər şeydən əvvəl uzun müddət tox qalmağa kömək edir. Həmçinin qəfil şəkər sıçrayışlarının qarşısını alır.
– Xurma liflə zəngindir və limonla birlikdə istehlak edildikdə bağırsaqların nizamlı işləməsinə kömək edir.
– Hər gün limonlu xurma istehlak etsəniz, qəbizlik probleminiz olmayacaq.
– Xurmanın tərkibində sümüklərin möhkəmlənməsinə kömək edən kalium, kalsium və maqnezium var. Mütəxəssislər bildirirlər ki, xurma limonla birlikdə istehlak edildikdə sümükləri gücləndirir və osteoporozdan qoruyur.
– Xurma enerji səviyyənizi artıran vitaminlər və antioksidantlarla zəngindir. Beyin sağlamlığı üçün vacib olan serotonin və norepinefrin yaratmağa kömək edən B6 vitamini də xurmada bol miqdarda var. Limonla birlikdə istehlak edildikdə stressin öhdəsindən gəlməyə kömək edir və qocalmanı ləngidir.
– Limonla dadlandırılmış xurma həzmi tənzimləyir və toksinləri çıxarmağa kömək edir. Arıqlamaq üçün də bu cütlüyə müraciət etmək olar.
– Xurma kalium mənbəyi olduğu üçün ölçülü istehlak edildikdə ürək sağlamlığını qoruyur.