9 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək.
Viral.az xəbər verir ki, imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.
Hakim vəzifəsinə namizədlər «İmtahana buraxılış vərəqəsi»ni DİM-in saytından çap edib götürə bilərlər.
Son Yazılar:
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
- Sertifikasiyadan ən çox onlar uğur QAZANDI
İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. İmtahanda 418 namizədin iştirakı nəzərdə tutulur.
İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına saat 8:30-dan gec olmayaraq gəlməlidirlər. İmtahan saat 10:00-da başlanır.
İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər bir imtahan sualına düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.