İyunun 9-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər üçün test imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Viral.az-a bildirilib ki, namizədlər «İmtahana buraxılış vərəqəsi»ni Dövlət İmtahan Mərkəzinin saytından çap edib götürə bilərlər.
İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
Son Yazılar:
- Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən”
- ABŞ sürətlə müflisləşir – İlon Mask
- Türkiyədə uçuşlarda fasilələr YARANDI
İmtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
Test imtahanı mərhələsində namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün yoxlanılması üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.