Rusiyanın “Utair” aviaşirkəti iyunun 22-dən etibarən Moskva ilə Lənkəran arasında uçuşlar həyata keçirəcək.
Viral.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Məlumatda qeyd olunub ki, aviareyslər hər həftənin şənbə günü həyata keçiriləcək. Təyyarə Moskvadan saat 17:00-da, Lənkərandan isə 22:50-də qalxacaq. Uçuş müddəti 3 saat 40 dəqiqədir.
“Utair” aviaşirkətinin prezidenti Oleq Semyonov qeyd edib ki, kompaniya yay aylarında xarici istiqamətlərdə uçuş proqramını xeyli genişləndirib və Antalya, Bakı, Səmərqəndə aviareyslər əlavə olunub. O bildirib: “İndi isə “Utair” üçün yeni istiqamətə – Lənkərana uçuşlara başlayırıq. Əminəm ki, Xəzərin sahilinə səyahət sərnişinlərimizin xoşuna gələcək”.