Laçın və Ağalıda bir qrup şəxs üçün kiçik bizneslər yaradılır

Laçın şəhərinə, Zabuxa və Zəngilan rayonunun Ağalı kəndinə köçürülən sakinlərdən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim olunub.

 

Viral.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi məlumat yayıb.

Son Yazılar:

 

Bildirilib ki, Laçın rayonunda avadanlıqların təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov da iştirak ediblər. Onlar proqram iştirakçıları ilə görüşüb, həmin sakinlərin yeni qurduqları təsərrüfatlarla bağlı planları ilə maraqlanıblar.

 

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, avtomobil şinlərinin bərpası və təmiri, qadın gözəllik salonu, dərzi sexi, qapı və pəncərə istehsalı, fotoatelye xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

 

Qeyd edilib ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları yaradılan şəxslərin sayı 103-ə çatıb.