Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyalarına rəhbərlik edən “Vətən uğrunda Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan vətəndaşları bazar günü – iyunun 9-da İrəvandakı Respublika meydanında keçiriləcək böyük mitinqə çağırıb.
Viral.az xəbər verir ki, indi İrəvanda çoxları bazar günü mitinqini gözləyir ki, Baqrat Qalstanyan hakimiyyətə hansı sürprizlər hazırlayıb? Çünki keşiş bir müddət öncə insanlara etdiyi çağırışda 9 iyun mitinqinin dönüş yaradacağını vəd edib.
Etirazçı fəallar bildiriblər ki, həmin gün arxiyepiskop Baqrat vəziyyəti dəyişəcək həlledici çıxış edəcək. Hərəkatın yaydığı məlumatlardan sonra siyasi dairələrdə müxtəlif ehtimallar irəli sürülür.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Bəziləri ehtimal edir ki, arxiyepiskop ölkədə siyasi böhran yaratmaq və növbədənkənar seçkilərə məcbur etmək üçün parlament müxalifətini istefaya çağıracaq.
Digərləri isə gələcək hökumətin tərkibinin açıqlanacağına inanırlar.
Amma belə bir fikir də var ki, həmin tarixdə gecə-gündüz mitinqləri elan olunacaq.
Bundan başqa, bəzi oliqarxların və siyasi liderlərin də hərəkata dəstək bəyanatı verəcəyi ehtimal olunur.
Ermənistan hakimiyyəti isə Baqrat Qalstanyanın hərəkatının getdikcə söndüyünü və bazar günü mitinqinin izdihamlı keçməyəcəyini proqnozlaşdırıb.