Polşanın ən böyük sağyönümlü partiyası olan “Hüquq və Ədalət” tərəfindən dəstəklənən prezidentliyə namizəd Karol Navrotski neonasistlərlə əlaqədə ittiham olunur.
Viral.az xəbər verir ki, bunu Donald Tuskun “Vətəndaş təşəbbüsü” partiyasını təmsil edən Avropa Parlamentinin üzvü Dariuş Yonski bildirib.
“Navrotski Vesterplatte abidəsi ərazisində tədbirin təşkilini neonasist köklərə malik olan qrupa həvalə edib. Bu, yolverilməzdir”, – o qeyd edib.
Son Yazılar:
- Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır
- İngiltərə Kubokunun püşkatması baş TUTDU
- Şəkidə bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ
Yonski həmçinin Navrotskinin cinayətkar aləmin və radikal qruplaşmaların nümayəndələri ilə guya əlaqələrinin olduğunu təsdiqləyən “Hüquq və Ədalət” partiyasının daxili hesabatına istinad edib.
Qeyd edək ki, Qdanskda yerləşən Vesterplatte abidəsi 1939-cu il sentyabrın 1-də İkinci Dünya müharibəsində ilk hərbi əməliyyatların başladığı əlamətdar yerdir.