Futbol üzrə İngiltərə Kubokunun (FA Kuboku) püşkatması baş tutub.
Viral.az xəbər verir ki, turnirin üçüncü raundu 32 oyundan ibarət olacaq.
Raundun mərkəzi qarşılaşması Londonda oynanılacaq – Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” Ruben Amorimin “Mançester Yunayted”ini qəbul edəcək. Premyer Liqa komandalarının üz-üzə gələcəyi digər qarşılaşma Birminhemdə keçiriləcək – “Aston Villa” “Vest Hem”lə münasibətlərinə aydınlıq gətirəcək.
Son Yazılar:
- Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır
- İngiltərə Kubokunun püşkatması baş TUTDU
- Şəkidə bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ
Bundan başqa, Premyer Liqanın vahid lideri “Liverpul” Liqa 2-də (səviyyəcə üçüncü liqa) çıxış edən “Akkrinqton” ilə qarşılaşacaq. “Mançester Siti” “Selford Siti”ni (Liqa 2), “Çelsi” “Morkam”ı (Liqa 2), “Tottenhem” isə “Tamuert”i (Milli Liqa – səviyyəcə beşinci liqa) sınağa çəkəcək. “Şəhərlilər” və “zadəganlar” evdə, “mahmızlar” isə səfərdə oynayacaqlar.
2025-ci ilin yanvarın 9-da və 13-də baş tutacaq matçların qalibləri dördüncü raunda – 1/16 finala vəsiqə qazanacaqlar. Həmin oyunların eyni ayın sonunda keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, İngiltərə Kubokunun üçüncü raundunda oyun heç-heçə başa çatarsa, komandalar rəqibin meydanında təkrar oyun (“replay”) keçirirlər. Cavab qarşılaşmasında heç-heçə olduğu təqdirdə, qalib əlavə vaxtda və lazım gələrsə, penalti seriyasında müəyyən edilir. Təkrar oyunlar yalnız üçüncü və dördüncü raundlar üçün təşkil edilir. Beşinci raunddan başlayaraq, hesab bərabər olarsa, dərhal əlavə vaxt və penalti seriyası təyin edilir.