“Hizbullah” hərəkatı atəşkəs sazişi bağlandıqdan sonra ilk dəfə İsrail ordusunun Livanla sərhəddəki Kfar Şuba kəndi ərazisindəki mövqelərinə hücum etdiyini açıqlayıb.
Viral.az xəbər verir ki, bu barədə “Əl-Mənar” telekanalı hərəkatın bəyanatına istinadən məlumat yayıb.
Məlumatda bunun İsrail tərəfindən atəşkəs razılaşmasının dəfələrlə pozulmasına cavab olduğu qeyd edilir.
Son Yazılar:
- Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır
- İngiltərə Kubokunun püşkatması baş TUTDU
- Şəkidə bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ
“İsrail ordusu Livanın cənubunda və Bekaa vadisində hücumları gücləndirib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb”, – hərəkatın bəyanatında deyilir.
Xatırladaq ki, İsrail və Livan arasında atəşkəs haqqında razılaşma noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.