Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsi üzrə əsaslı təmir işləri aparılır.
Viral.az xəbər verir ki, uzunluğu 26 kilometr olan sözügedən hissə 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 12 metrə qədər genişləndirilir.
Son Yazılar:
- Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
- Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən”
- ABŞ sürətlə müflisləşir – İlon Mask
Artıq hissə üzrə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülüb. Texnoloji ardıcıllığa uyğun hazırda yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün alt layının döşənməsi işləri yerinə yetirilir.
Görülən işlərə paralel olaraq, yolboyu küvet və suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunur, artıq 43 suötürücü borunun tikintisi yekunlaşıb.
Layihə üzrə Astaraçay (243 km) və Ərçivançay (234.8 km) çayları üzərindəki körpülərdə nəzərdə tutulan təmir işləri yekunlaşıb. Pensərçay (221.3 km) və Ərçivançay (231.7 km) çayları üzərində mövcud körpülərin təmiri isə davam etdirilir.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.