Tbilisidəki etiraz aksiyalarında Daxili İşlər Nazirliyinin 143 əməkdaşı xəsarət alıb.
Viral.az xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin müavinı Aleksandr Darahvelidze brifinqdə bildirib.
“Nazirlik hər bir polis əməkdaşının həyatının qorunması üçün bütün tədbirləri görür. Pirotexnikanın istifadəsi xüsusilə təhlükəlidir, çünki bu, çox ağır xəsarətlərə səbəb olur”, – Darahvelidze deyib.
Son Yazılar:
- Tramp onu girovlarla iş üzrə xüsusi elçi təyin ETDİ
- Məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin SON DURUMU
- Xəzər regionu böyük potensiala malikdir
O, etirazçılara zorakı hərəkətləri dayandırmağa və qanunu pozmamağa çağırıb.