“Sabah” Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti klub olub.
Viral.az xəbər verir ki, 1/8 finalın oyununda Tovuz şəhər stadionunda “Sabah”ı qəbul edən qərb təmsilçisi rəqibinə penaltilər seriyasında məğlub olub.
Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Son Yazılar:
- “Kartdan karta” işləyən 408 sahibkara sanksiya tətbiq EDİLDİ
- Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?
- Azərbaycanda axunddan gözlənilməz ADDIM
Onbir meterlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (3:1) Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv növbəti mərhələyə adlayıb. “Sabah”ın 1/4 finaldakı rəqibi “Sumqayıt” – MOİK cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl baş tutan matçların nəticələrinə görə “Səbail” və “Araz-Naxçıvan” 1/4 finala vəsiqə əldə etmişdi.