Xəbər verdiyimiz kimi, dekabrın 4-də Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətindən Viral.az-a bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digərinə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub:
“Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Son Yazılar:
- Mətbəxdə edilən səhvlər və onların mənfi təsirləri
- Kennedinin öldürülməsi ilə bağlı 80 min səhifəlik sənəd açıqlanacaq
- Bu gün ilaxır çərşənbədir
Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır”.
16:51
***
Bu gün günorta saatlarında Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı X sinif şagirdi digər şagirdə qəfildən kəsici alətlə xəsarət yetirib.
Viral.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.