Milli Məclisin keçmiş əməkdaşı vəfat etdi

Milli Məclisin keçmiş əməkdaşı Rauf Həşimov vəfat edib.

Viral.az xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Onun xəstəlikdən vəfat etdiyi bildirilir. Mərhumun üç-yeddi mərasimi bazar günü 6-cı mikrorayondakı “İmam Əli” məscidində veriləcək.

Son Yazılar:

Qeyd edək ki, Rauf Həşimov 1996-2001-ci illərdə parlamentin spikeri olmuş Murtuz Ələsgərovun köməkçisi işləyib.

Daha sonra IV çağırış Milli Məclisin (2010-2015) İmişlidən olan deputatı Əsabil Qasımovun köməkçisi vəzifəsində çalışıb.

Rauf Həşimov 1953-cü ildə İmişli rayonunda ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirəndən sonra, 1971-ci ildə Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinə daxil olub.

Uzun müddət 5 nömrəli taksimator parkında vəzifə tutub. 1996-cı ildən 2019 -cu ilə kimi Milli Məclisdə müxtəlif işlərdə çalışıb.

Allah rəhmət eləsin!