Quba RPŞ-nin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.
Viral.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq, özgənin etibarından sui-istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər.
Son Yazılar:
- Kanada Ukraynaya 305 milyon dollarlıq hərbi yardım GÖNDƏRƏCƏK
- Dərs və iş saatları ilə bağlı mühüm xəbər – DƏYİŞDİRİLİR?
- Ukraynadakı müharibə bu il aprelin sonuna qədər başa çata bilər
Onlar zərərçəkmişə işə düzəldəcəkləri vədini verərək, Bakı şəhərində yerləşən evini girov qoyub, əvəzində pul götürüblər. Lakin vədlərinə əməl etməyərək, həmin şəxsə 102 min manat maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.