İstanbulun Beyoğlu rayonunda yerləşən Galata Qülləsində dəhşətli hadisə baş verib. 19 yaşlı Emre K. tarixi qüllənin zirvəsinə çıxdıqdan sonra tarazlığını itirərək yerə düşüb və həyatını itirib.
Viral.az xəbər verir ki, hadisə yerli vaxtla saat 15:00 radələrində baş verib. Hadisəni görən şəxslərin xəbər verməsi ilə əraziyə polis və təcili tibbi yardım qrupları göndərilib. Aparılan yoxlamalar zamanı gəncin həyatını itirdiyi təsdiqlənib.
Polis hadisə yerində təhlükəsizlik tədbirləri görərək ətrafdakı insanları ərazidən uzaqlaşdırıb.
Son Yazılar:
- Leyla Əliyeva Bakıda sərgi açılışında
- Roluna görə təzyiqlərə məruz qaldı
- ABŞ Ermənistan daxil olmaqla bir çox olkələrə yardımı faydasız hesab edərək DAYANDIRDI
Hadisə ilə bağlı ilkin araşdırmalar başa çatdıqdan sonra Emre K.-nın cənazəsi ekspertizanın aparılması üçün Ədliyyə Tibbi Ekspertiza İnstitutuna göndərilib. Hadisə ilə bağlı araşdırma davam edir.