Azərbaycanla Belarus arasında üç saziş imzalandı

Minskdə keçirilən Belarus-Azərbaycan biznes forumu çərçivəsində turizm, xarici sərgilərin birgə təşkili və “Azərbaycan Ticarət Evi”ndə satış üçün ayrı-ayrı məhsul növlərinin tədarükü sahələrində üç saziş imzalanıb.

 

Viral.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Ticarət-Sənaye Palatasının sədr müavini Denis Meleşkin bildirib.

Son Yazılar:

 

“Biz milli sərgi operatoruyuq və hər il xarici ölkələrdə, o cümlədən Azərbaycanda 30-dan çox sərgi tədbiri təşkil edirik. Müxtəlif sahələrdə böyük sərgilər keçiririk. Söhbət yeyinti sənayesi, neft-kimya və digər sahələrlə bağlı sərgilərdən gedir. Bu gün Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası ilə imzalanmış əməkdaşlıq memorandumu sərgi tədbirlərinin, o cümlədən birgə tədbirlərin təşkili və keçirilməsi sahələrində əlaqələrimizin inkişafına kömək edəcək”, – o vurğulayıb.