Fransa öz təlimatçılarını Ukraynaya göndərməyəcək

Fransa Ukraynaya hərbi kadrların hazırlanması üçün öz hərbi təlimatçılarını göndərmək niyyətində deyil.

Viral.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib.

Onun sözlərinə görə, Fransa ordusu ilk dəfə olaraq 4500 Ukrayna əsgərinə eyni anda, lakin öz ərazisində təlim keçəcək:

Son Yazılar:

“Biz briqada yaratmaq məsələsinə qayıdırıq, 4500 əsgər çox şeydir. Bunun üçün təlim, o cümlədən mühəndislik, artilleriya və kəşfiyyat imkanları lazımdır. İlk dəfədir ki, biz bu 4500 Ukrayna əsgərinə belə ardıcıl dəstək verəcəyik. Fransa ordusu tərəfindən tam təchiz olunacaq və təlim keçəcək, ancaq Fransada”.

Qeyd edək ki, daha öncə Fransa lideri Emmanuel Makron ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı qoşunların hazırlanması üçün Ukraynaya Qərb təlimatçılarının göndərilməsini təklif edib. Bununla belə, Bayden Makronun mövqeyini dəstəkləməyib.

“O, hər hansı NATO ölkəsindən qoşunların atəş xəttində ola biləcəyi və münaqişənin genişlənməsinə səbəb ola biləcəyi yerlərə göndərilməsinin potensial nəticələrindən narahatlığını ifadə edib”, – “Politico” yazır.

Bu cür məlumatların yayılmasından sonra Rusiya Ukraynadakı fransız təlimatçılarını dərhal vurmaqla hədələyib. Beləliklə, Rusiyanın Fransadakı səfirliyinin mətbuat katibi Aleksandr Makoqonov fransızların “Rusiya Federasiyası üçün qanuni hədəfə” çevriləcəyini bildirib.

“Əgər siz öz əsgərlərinizi, mütəxəssislərinizi və təlimatçılarınızı Ukrayna əsgərlərinə rusları daha yaxşı hədəf almağı və öldürməyi öyrətmək üçün Ukrayna torpaqlarına göndərsəniz, onlar təbii olaraq qanuni hədəfə çevriləcəklər”, – deyə Makoqonov bildirib.

(redaktor.az)