ABŞ vətəndaşlarına fövqəladə vəziyyət və qeyri-sabit şərait riski səbəbindən Suriyanı tərk etmələri tövsiyə olunub.
Viral.az-ın xəbərinə görə, müvafiq məlumat ABŞ-nin Suriyadakı səfirliyinin saytında dərc olunub.
“Suriyada təhlükəsizliklə bağlı vəziyyət qeyri-sabit və gözlənilməz olaraq qalır, ölkədə silahlı qruplaşmalar arasında aktiv toqquşmalar davam edir. Nə qədər ki Dəməşqdə kommersiya reysləri mümkündür, Dövlət Departamenti ABŞ vətəndaşlarını Suriyanı indi tərk etməyə çağırır”, – deyə paylaşımda bildirilib.
Son Yazılar:
- Ən kiçik və ən güclü Windows noutbuku təqdim OLUNDU
- Messinin Bakıda imzaladığı papaq satışa çıxarıldı – ŞOK QİYMƏT
- 2024-cü ildə dünyada nə qədər jurnalist öldürülüb?
Suriyanın paytaxtı Dəməşqdə ABŞ səfirliyinin olmaması səbəbindən vətəndaşların Çexiya səfirliyi ilə əlaqə saxlaya biləcəkləri qeyd edilir. Ölkəni tərk etməmək qərarına gələnlər üçün ABŞ səlahiyyətliləri fövqəladə hallara hazırlaşmağı və uzun müddət sığınacaqda qalmağa hazırlıqlı olmağı tövsiyə ediblər.
Həmçinin, nəzərə çatdırılıb ki, Suriyada təcili köməyə ehtiyacı olan, lakin Çexiya səfirliyinin ABŞ-nin maraqları şöbəsi ilə əlaqə saxlaya bilməyən ABŞ vətəndaşları İordaniyanın Əmman şəhərindəki ABŞ səfirliyi ilə əlaqə saxlaya bilərlər.