Konsulluqların fəaliyyəti ilə bağlı qaydalar dəyişir.
Viral.az xəbər verir ki, bu barədə məsələ Azərbaycanın Konsul Nizamnaməsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Konsulluqlar öz fəaliyyətlərində Azərbaycanın Konstitusiyasını, Azərbaycanın və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycanın Qanununu, bu Nizamnaməni və Azərbaycanın digər normativ hüquqi aktlarını rəhbər tutur, eləcə də qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.
Son Yazılar:
- 2025-in trendi: hansı rəngləri daha çox görəcəyik?
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
Qeyd edək ki, bundan əvvəl Konsulluqlar öz fəaliyyətində bu Nizamnaməni Azərbaycanın və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını, beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tuturdu.