“Qarabağ” Misli Premyer Liqasında “Sabah”la heç-heçə edib.
Viral.az-ın məlumatına görə, XVI turun ikinci oyunu “Bank Respublika Arena”da keçirilib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Son Yazılar:
- Leyla Əliyeva Bakıda sərgi açılışında
- Roluna görə təzyiqlərə məruz qaldı
- ABŞ Ermənistan daxil olmaqla bir çox olkələrə yardımı faydasız hesab edərək DAYANDIRDI
49-cu dəqiqədə meydan sahiblərindən Neqoş Kupusoviç hesabı açıb. 68-ci dəqiqədə Nəriman Axundzadə tarazlığı bərpa edib.
Rəqiblərindən bir oyun az keçirən “Qarabağ” ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 23 xalla beşinci sıradadır.
Günün ilk matçında “Araz-Naxçıvan” “Səbail”i iki cavabsız qolla üstələyib.
Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.