Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tur start götürüb.
Viral.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.
Günün ilk matçında “Araz-Naxçıvan” “Səbail”i iki cavabsız qolla üstələyib.
Son Yazılar:
- 2025-in trendi: hansı rəngləri daha çox görəcəyik?
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
Günün digər oyunu “Sabah”la lider “Qarabağ” arasında keçirilib. Ağdam təmsilçisi “bayquşlar”la 1:1 hesablı heç-heçə edərək zirvədəki yerini itirib.
Hazırda “Araz-Naxçıvan” turnir cədvəlində 39 xalla 1-ci, “ Qarabağ” 37 xalla 2-ci, “Turan Tovuz” isə 27 xalla 3-cü yerdədir.
Qeyd edək ki, “Kəpəz” – “Zirə” və “Sumqayıt” – “Neftçi” oyunları sabah, “Turan Tovuz” – “Şamaxı” matçı dekabrın 9-da keçiriləcək.